Hadisə

“Meydan TV” işi üzrə məhkəmə başlayır

2 Dekabr 2025 16:54
Baxış: 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meydan TV" işi üzrə ittiham olunan 10 nəfərin məhkəməsi başlayır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaqla toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Aytən Əliyevanın sədrlik etdiyi hakimlər araşdıracaq.

İlk iclas dekabrın 12-si keçiriləcək.

Qeyd edək ki, "Meydan TV" ilə bağlı cinayət işi çərçivəsində jurnalistlər -  Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Nurlan Libre və Ülviyyə Əli həbs olunublar. Onlar barəsində mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq və digər bir neçə ağır maddə ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.