Hadisə

9-cu sinif şagirdi intihar etdi - Səbəb

28 Noyabr 2025 15:25
Baxış: 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədidə 9-cu sinif şagirdi intihar edib.

Milli.Az xəbər verir ki, bu barədə"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Şagirdin ölüm səbəbi rəsmi olaraq açıqlanmasa da, ehtimallar mövcuddur.

Məlumatda iddia edilir ki, yeniyetmənin bir müddət əvvəl açıq-saçıq görüntüləri yayılıb və bununla bağlı məktəb rəhbərliyi ailəni məktəbə dəvət edib.

Yazışmada bildirilir ki, şagird bu il dərslərinə ciddi yanaşırmış, lakin hadisə baş verən günlərdə məktəbə gəlməyib. İlk gün anasının əməliyyat keçirdiyi üçün ailə tərəfindən icazə alındığı, ikinci gün isə həm ana, həm də atanın xəstəxanada olduğu qeyd edilir.

İddialara görə, uşaq həmin vaxt evdə tək olub və özünə qəsd edib.

Müraciəti yazan şəxs görüntüləri yayanların məsuliyyətə cəlb edilməsini istəyir.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.