Hadisə

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun məhkəməsi başladı

6 Oktyabr 2025 14:50
Baxış: 377
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.