“Bizim kitabımızda boşanmaq yoxdur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda arvadına illərlə işgəncə verən şəxs həbs edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
İstintaq materiallarına əsasən, Elnur (şərti) 18 ildir nikahda olduğu Ayselə (şərti ) uzun müddət fiziki və psixoloji zorakılıq tətbiq edib. Son 8 ildə bu davranışlar daha da şiddətlənib.
Elnur həyat yoldaşını evdə bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmağa cəhd edib. Sonuncu dəfə isə dərzi qayçısı ilə müxtəlif xəsarətlər yetirib.
Ayselin sığınacağa üz tutmasından sonra hər şeyin üstü açılıb. Zərərçəkmiş başına gələnləri müstəntiqə etiraf edib. Şikayət əsasında Elnur cinayət məsuliyyətinə cəlb olunub, hökmə qədər ev dustaqlığında saxlanılıb.
Elnur məhkəmədə ittihamları qəbul etməyib. O, arvadının nevrozdan əziyyət çəkdiyini və dəfələrlə ondan özünü öldürməsini istədiyini deyib: "Aysel son vaxtlar əsəbi olur, məni təxribata çəkirdi. Əsəbi halda onu öldürməyimi tələb edirdi. Onu qapalı otaqda saxlamağım da düz deyil. Sadəcə qışqır-bağır salıb bizi biabır etməsin deyə balkona çıxmağa qoymamışam. Mən ailəmizin dağılmasını istəmirəm. Məhkəmə Ayselin boşanma iddiasını təmin edib, amma mən qərarın ləğvi üçün apellyasiya vermişəm. Bizim kitabımızda boşanmaq yoxdur. Ən əsası iki böyük övladımız var".
Lakin Elnurun dedikləri ekspert rəyi ilə təsdiqlənməyib. Məhkəmə hesab edib ki, o bu iddiaları cəzasını yüngülləşdirmək üçün irəli sürüb. Hakim həmçinin onun tez-tez "bizim kitabımızda boşanmaq yoxdur" ifadəsini işlətməsini də ittihamı gücləndirən hal kimi qiymətləndirib.
Hökmə əsasən, Elnur 2 il 8 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Apellyasiya məhkəməsi isə cəzanı 1 il 8 aya qədər azaldıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu - (Anbaan video)
-
Bakıda 16 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
XƏBƏR LENTİ
-
Gültac Əlili: "Ayda 1200 manat "parkovka"ya pul verirəm"
-
Sükan arxasında yuxuya getdi, ana və körpəni vurdu - (Anbaan video)
-
Qadına əmlakını qorumağı vəd etdi, mənzilini və avtomobilini ələ keçirdi - MƏHKƏMƏ
-
Xalq artisti: “Onlar danışan tualet kağızıdırlar”
-
Əmək qabiliyyətini müvəqqəti itirənlərə şad xəbər - Verilən pul artırılır
-
Bakıda 16 mərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
-
Uşaq doğulan ailələrə 1500 manat veriləcək
-
Analara verilən pul 2,5 dəfədən çox artırılır - Yeni məbləğ
-
Dəfn pulu da artırılır
-
İran ordusunun zabiti öldürüldü
-
Avropa Məhkəməsi Əli Kərimlinin iddialarını rədd etdi
-
Körpəsi olan ailələrə şad xəbər - Uşaq pulu verildi
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
-
Qızıl bahalaşdı
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
-
Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır
-
Hörmüz boğazında 4 tanker minaya düşdü
-
Abşeron Ticarət Mərkəzinin qarşısında faciəvi hadisə
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Yollarda görünüş məsafəsi məhdudlaşdı - Sürücülərə xəbərdarlıq





