Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi "KİA" markalı avtomobil dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
-------
19:15
Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.
Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. (APA)
Milli.Az