Gədəbəydə "KIA" dərəyə aşdı - 2 nəfər öldü, 4 nəfər yaralandı - YENİLƏNİB - FOTO

3 Avqust 2025 21:05

Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi "KİA" markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

-------

19:15

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çııxıb. Nəticədə avtomobil dərəyə aşıb.

Qəza zamanı 2 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. (APA)

Milli.Az