Hadisə

2 və 3 yaşlı qızlar xəstəxanalıq oldular

7 İyul 2025 13:17
Baxış: 1 038
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.

Milli.Az xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Oxşar hadisə dünən saat 20 radələrində Salyanda da baş verib. 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndindəki evdən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır. Onun da ehtiyatsızlıqdan kimyəvi məhlul içdiyi bildirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.