Ötən gün Qax rayonunun Güllük kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Hyundai", daha sonra isə "Honda" markalı avtomobilə çırpılıb.
Nəticədə VAZ-2106-nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də "Honda"da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıblar. /Oxu.Az
Hadisə anının görüntülərini təqdim edirik:
Milli.Az