Sabirabadda klinikada ölüm baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 2-si saat 13 radələrində qeydə alınıb.
Şəhər ərazisində yerləşən "Omega" klinikasında Saatlı rayon sakini 1970-ci il təvəllüdlü Əhməd Azo oğlu Şəkirov vəfat edib.
55 yaşlı kişinin infarktdan öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az