Paytaxtda qaynata kürəkəninə xəsarət yetirərək öldürüb.
Milli.Az xəbər verir ki, şəhər sakini Ədil Məhərrəmov bizlə qətlə yetirilib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş 57 yaşlı Nəcəf Niyaz oğlu Qafarov tutularaq istintaqa təhvil verilib.
Hadisə zamanı qaynata kürəkənini bizlə vurub öldürüb.
Qonşuların sözlərinə görə, onlar 2 aydır Biləcəridə kirayə yaşayıblar.
Onların mübahisə səbəbinin nə olduğu isə məlum deyil.
Faktla bağlı qızın atası saxlanılıb. Araşdırmalar davam edir.
Aysel Əkbər
Milli.Az