Hadisə

Ağac avtomobilin üzərinə AŞDI - VİDEO

7 Fevral 2025 17:38
Baxış: 980
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların aşması qeydə alınıb.

Milli.Az məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

"7 Fevral 2025-ci il tarixində Bakı şəhərində əsən güclü külək nəticəsində 35 ədədə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb. Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb. Hal-hazırdada tərəfimizdən operativ tədbirlər görülməkdədir", - deyə Birlikdən bildirilib.

Qeyd edək ki, iri gövdəli ağaclar ərazidən doğranaraq yığışdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.