Bakının bir rayonunda 3 nəfər dəm qazından boğulub.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayon sakinləri - 1977-ci il təvəllüdlü İlqar İsçayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər.
Hər üç faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az