Hadisə

Ahmet İzgi: "Təyyarənin salonunda balonun partlamasını demək insan zəkasına lağdır"

27 Dekabr 2024 18:16
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AZAL-ın təyyarəsinin salonunda balonun partladığını iddia etmək insan zəkasına lağ etməkdir. Təyyarənin quyruğuna baxsanız, çöldən içəriyə qəlpələrin girdiyini asanlıqla görə bilərsiniz".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında elektronika mühəndisi, kapitan-pilot Ahmet İzgi bildirib.

O qeyd edib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi transponder kodunun Qroznı tərəfindən verilməsinə rəğmən Rusiyaya aid "Pantsir-S1" hava hücumundan müdafiə sisteminin onu mülki təyyarə deyil, hərbi təyyarə və ya dron olaraq görməsi və sonra atəş açmasıdır.

"İkinci məsələ isə təyyarənin təcili olaraq eniş tələb etdiyi zamanda buna icazə verilməməsi və təyyarəni Xəzər dənizi istiqamətində yönləndirmələridir. Bu da böyük sual yaradır, qəzanın izlərini silmək kimi görünür", - deyə ekspert bildirib.

Ahmet İzgi hadisənin ağır cinayət olduğunu vurğulayaraq, bunu törədənlərin cəzalandırılmasının vacibliyini qeyd edib.

Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.