"Qızım sərnişinləri atası və anasından üstün tutdu".
Milli.Az xəbər verir ki, bu fikirləri açıqlamasında stüardessa 33 yaşlı Hökümə Əliyevanın anası Kəmalə Alıyeva deyib:
"Dünən səhər şəhərə gedirdik. Yoldaşı qardaşına zəng elədi ki, Hökümə işlədiyi təyarə qəzaya uğrayıb. Biz evə qayıtdıq. Mənə heç nə demədilər. Sonra söylədilər ki, Hökumə qəzaya düşüb. Bununla da belim qırıldı. Qızım ali təhsilli idi. Hökümə 2016-cı ildən "AZAL"da işləyirdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi işə başlayacaqdı, amma qismət olmadı. Mən qızımla fəxr edirəm".
Qeyd edək ki, Hökümə Əliyeva 1991-ci il təvəllüdlüdür, ailəlidir, övladı yoxdur. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib və 2016-cı ildən hava yollarında çalışırdı. (unikal.az)
Milli.Az