Hadisə

Bakıda vəzifəli şəxsin MEYİTİ TAPILDI

23 Dekabr 2024 20:41
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

Milli.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib.

Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonunun Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub.

Bildirilir ki, "JEK" rəhbəri infarktdan həyatını itirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.