21 yaşlı Sənubər oğlunu paltosuna bükərək xilas edibmiş - Təfərrüat - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 26-na keçən gecə Yevlax rayonunun Tanrıqulular kəndində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə üzvləri ad günü məclisindən qayıdırmış.
Belə ki, noyabrın 25-də 1992-ci il təvəllüdlü Elvin Nəsibov atasına məxsus avtomobillə 4 yaşlı oğlu Elcan və həyat yoldaşı 2001-ci il təvəllüdlü Sənubərlə qayınatasıgilə qonaqlığa gedib. Məclis Elcanın və dayısının ad günü ilə əlaqədar təşkil edilib.
Onlar gecə saatlarında yaşadıqları kəndə qayıdarkən E.Nəsibov həyat yoldaşı ilə avtomobildə dalaşmağa başlayıb və sərxoş halda, sürücülük vəsiqəsi olmadan sürdüyü avtomobili təhlükəli şəkildə idarə edib. Bunu görən Sənubər oğlunu baş verə biləcək qəzadan qorumaq üçün onu paltosuna bükərək özünə sıxıb. Həmin vaxt avtomobil yol kənarındakı daş hasara çırpılıb. Nəticədə Elvin, arvadı və azyaşlı oğlu xəsarət alıb.
Sənubər Nəsibova xəstəxanaya çatdırılsa da, vəfat edib. Onun 4 yaşlı oğlunun və ərinin müalicəsi davam etdirilir. Həyatlarına hər hansı bir təhlükə olmadığı bildirilir.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
--------
10:59
Xəbərə foto əlavə edilib.
------
09:41
Yevlax rayonu Tanrıqulular kənd yolunda yol qəzası olub.
Milli.Az bildirir ki, 26.11.2024-cü il tarixdə saat 00:10 radələrində Yevlax rayonu Tanrıqulular kənd yolunda 1992-ci il təvəllüdlü Nəsibov Elvin Elcan oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 21011" markalı avtomobil ilə kəndin orta məktəbi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib hasara dəyməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə E.Nəsibov və övladı - 2020-ci il təvəllüdlü Elcan Nəsibov sifətin və bədənin müxtəlif dərəcəli əzik və kəsik xəsarətləri diaqnozu ilə Mingəçevir ŞMX-na müraciət etmiş, həmin avtomobildə sərnişin qismində əyləşmiş 2003-cü il təvəllüdlü Nəsibova Sənubər Səhəddin qızı isə almış olduğu xəsarətlər nəticəsində bağlı həmin xəstəxanada ölmüşdür.
Faktla bağlı Yevlax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
57 kq narkotik vasitə və 1981 ədəd psixotrop həbi dövriyyədən çıxarılıb - (Video/Foto)
XƏBƏR LENTİ
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Tiktoker "Murad Sadə" həbs edildi
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb
-
1300-dən çox işləyən pensiyaçının pensiyası artırıldı





