Hadisə

44 yaşlı kişi döyülərək öldürüldü

28 Oktyabr 2024 12:44
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Biləsuvardakı qaçqın şəhərciyində baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Seymur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Qeyd edək ki, mərhumun Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəisi Araz Şahverdiyevin ögey qardaşı olduğu deyilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.