Ermənistan

Hindistan Ermənistanı silahlandırmağa davam edir

28 Oktyabr 2024 14:36
Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan "dostları" tərəfindən silahlandırılmaqda davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük alıcısına çevrilib.

Qeyd olunub ki, son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib.

Həmçinin, vurğulanıb ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də, geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb.

Regionda sabitlik, sülhün bərpa olunmasına dəstək göstərmək yerinə, Ermənistanı silahlandıraraq, revanşist meyillərin daha da artmasına dəstək olan Hindistan bölgədə sülhün bərqərarında maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir. Lakin Hindistan unutmamalıdır ki, Cənubi Qafqaz regionu Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Regionda sabitlik və sülhün olması onun üçün də mühüm əhəmiyyət kəsb etməlidir.

Ermənistana gəldikdə, onun yeni yaranan reallıqları həzm edə bilməyib, hər vəchlə sülhün qarşısını almaq cəhdləri hər kəsə məlumdur. Beynəlxalq ictimaiyyəti aldadaraq, özünü "sülhpərəst" göstərib, "barışıq çağırışları" etsə də, reallıqda Azərbaycanın ona uzatdığı sülh əlini geri çevirib, silahlanmağa davam edir. Bu isə onun əsl niyyətinin sülh olmadığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.