Hadisə

“Tarqovı”dakı mənzildən tələbənin meyiti tapıldı - YENİLƏNİB - VİDEO - FOTO

29 Oktyabr 2024 08:06
Baxış: 5 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08:06

Bakıda kirayədə yaşayan tələbə oğlan faciəli şəkildə həyatını itirib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakının "Tarqovı" kimi tanınan ərazisinə yaxın, Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri - Ramal Hüseynov hamamda dəm qazından boğulub.

Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər təhsildən artıq qalan vaxtlarında da gecə növbəsində işləməyə başlayıblar.

Ramal hamamda aşkar olunanda özündə deyilmiş.

Məsələ ilə bağlı Baş Prokurorluqdan "Xəzər Xəbər"ə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırmış.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

--------------
11:15

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti "Tarqovı" məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Unikal"ın məlumatına görə, Hüseynov Ramal Cabir oğlu Azərbaycan İdman Akademiyasında təhsil alırdı. 

O, idman menecmenti və kommunikasiya ixtisasının tələbəsi idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.