Milli Məclisin Aparatında yeni təyinat həyata keçirilib.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə yeni müdir müavini təyin edilib.
Bu vəzifəyə Ağaəli Ağayev gətirilib. O, əvvəllər sözügedən şöbədə təhlil və analitika sektorunun müdiri olub. Ağaəli Ağayev hazırda hər iki vəzifəni icra edir.
Qeyd edək ki, Ağaəli Ağayev dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. 1985-ci il təvəllüdlü dövlət qulluqçusu ixtisasca hüquqşünasdır.
Milli.Az