Rusiyalı jurnalist İnessa Papernaya və onunla birlikdə olan kişi Daşkənddə mehmanxana otağında ölü tapılıb.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya vətəndaşları 1979-cu il təvəllüdlü Maksim Radçenko və 1977-ci il təvəllüdlü Papernaya İnessa Viktorovna Mirabad rayonunda yerləşən mehmanxanada ölüblər.
Məhkəmə-tibb ekspertləri ölümün səbəbinin "naməlum etiologiyalı zəhərlənmə" olduğu qənaətinə gəliblər.
Baş Prokurorluqdan bildirilib ki, müstəntiqlər faktla bağlı "Təhlükəsizlik tələblərinə cavab verməyən işlərin görülməsi və ya xidmət göstərilməsi" maddəsi ilə cinayət işi açıblar.
Bundan başqa, 1976-cı il təvəllüdlü Özbəkistan vətəndaşı həmin otelin digər otağının hamamında ölü tapılıb. Araşdırma müddətində otel bağlanıb.
"Baza" Telegram kanalının məlumatına görə, "Lenta" nəşri və "Profil" jurnalında çalışan jurnalist İnessa Papernaya Özbəkistana tətilə gedibmiş.
Resursun məlumatına görə, oktyabrın 20-də axşam saatlarında "Karaman Palace" otelinin işçiləri jurnalisti və onun yoldaşını öz otağında həyat əlamətləri olmayan halda tapıblar.
İlkin versiyaya görə, ölümə hovuz təmizləndikdən sonra otelin havalandırma sisteminə daxil olan qazdan zəhərlənmə səbəb olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun