Hadisə

Ailənin tək övladı imiş, əsgər getməyə hazırlaşırmış - FOTO

7 Oktyabr 2024 11:05
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Şağlaser kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Amil Ehtiram oğlu Sadıqov aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində həlak olub. 

2003-cü il təvəllüdlü Ruslan Fikrət oğlu Rəsulov, 2006-cı il təvəllüdlü Qurbanəli Ətafil oğlu Salayev, 2005-ci il təvəllüdlü Elvin Əbdül oğlu Əliyev və 2006-cı il təvəllüdlü Əbdül Tapdıq oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Qəza zamanı dünyasını dəyişən Amil Sadıqov ailənin tək övladı olub. Mərhum bu ilin yanvar ayında hərbi xidmətə yola düşəcəkmiş.

Hadisə zamanı xəsarət alanların da hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam edir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.