İqtisadiyyat

Azərbaycanda Gömrük Forumu keçiriləcək

7 Oktyabr 2024 12:15
Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidentinin müavini Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər öz həllini tapır. Hazırda bizim strukturumuz Azərbaycan Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür. Əminik ki, qarşıdan gələn Gömrük Forumu dialoq üçün mühüm platforma olacaq və əhəmiyyətli nəticələr verəcək", - Z.Hacılı qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.