Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidentinin müavini Ziya Hacılı "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.
"Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası gömrük orqanları ilə sıx əməkdaşlığı davam etdirir. Sahibkarlar üçün yaradılan şuralarda qaldırılan məsələlər öz həllini tapır. Hazırda bizim strukturumuz Azərbaycan Gömrük Komitəsi ilə birlikdə bu ilin dekabrında Gömrük Forumunun keçirilməsi üçün aktiv hazırlıq işləri görür. Əminik ki, qarşıdan gələn Gömrük Forumu dialoq üçün mühüm platforma olacaq və əhəmiyyətli nəticələr verəcək", - Z.Hacılı qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun