Siyasət

Moskvada Bayramov-Mirzoyan görüşü olacaq? - Rəsmi - YENİLƏNİB

7 Oktyabr 2024 12:57
Baxış: 397

12:57

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Xatırladaq ki, 6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.

------------
12:22


Rusiyaya səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Ermənistan XİN məlumat yayıb.

Qeyd edək ki, hər iki nazir Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyada səfərdədirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.