Hadisə

Yanğında xəsarət alan 5 yaşlı uşaq öldü - Yenilənib - FOTO

11 Sentyabr 2024 17:21
Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:21

Cəlilabadda yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, 3 gün əvvəl Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, yanğın baş verən zaman Rüqəyya evdə yatmış olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil vermişdilər. Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakı şəhərinə göndərilmişdi.

---------------
2024.09.08


Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən 5 yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin həkimi Arzu Cəfərli bildirib.

Qeyd edilib ki, 8 sentyabr 2024 - cü il saat 14:20 radələrində 2019 təvəllüdlü azyaşlı qadın cinsli xəstə tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib, intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir".

----------
17:06


Cəlilabad şəhərində ümumi sahəsi 338 m² ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 258 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər (uşaq) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilib və onların köməyi ilə xəstəxanaya çatdırılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------
15:44

Cəlilabad şəhərində yanan evdəki azyaşlı xilas edilərək rayon xəstəxanasına çatdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, digər azyaşlının evdə olması barədə ilkin məlumat təsdiqini tapmayıb, o, evdən kənarda olub.
 

Onu da qeyd edək ki, ana iki azyaşlı uşağı ilə həmin evdə kirayə qalıb. Ana işləmək üçün Cəlilabad rayonunun kəndlərindən birindən şəhərə köçüb.

-------------
14:56


Cəlilabad şəhəri, Azərbaycan küçəsində fərdi yaşayış evi yanır.

Milli.Az APA-ya istinadən bildirir ki, yanan evdə iki azyaşlı qalıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri uşaqların xilası üçün çalışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.