“Mübahisə şagird pəncərədən çıxdığına görə yaranıb” - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polis Bakı məktəbində baş vermiş insidenti araşdırıb.
Milli.Az bildirir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.
O qeyd edib ki, iyunun 7-si paytaxtın Səbail rayonunda məktəblərdən birinin texniki işçisi ilə şagird arasında mübahisəni əks etdirən görüntülər araşdırılıb:
"Məktəbin işçisi Elşən Məmmədov polis orqanına dəvət olunaraq izahatı alınıb. O bildirib ki, şagird məktəbin idman zalının pəncərəsindən çıxdığına görə mübahisə yaranıb. Valideyninin iştirakı ilə izahatı alınan 9-cu sinif şagirdi də idman zalının qapısı bağlı olduğundan pəncərədən çıxdığını təsdiqləyib. Hazırda təhqiqat araşdırmaları davam etdirilir".
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Səbail rayonunda yerləşən 189 nömrəli məktəbdə mühafizəçinin şagirdi döyməsini əks etdirən görüntülər yayılıb.
--------
14:22
Bakı şəhəri 189 nömrəli tam orta məktəbdən şagirdin döyülməsi xəbəri təsdiqlənib.
Milli.Az xəbər verir ki, məktəbdən Oxu.Az-a bildirilib ki, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən məlumat veriləcək.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Aidiyyəti üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Məsələ ilə bağlı həmin məktəbə sorğu ünvanlamışıq.
Məktəbdən verilən məlumata görə, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb:
"Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb. Məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub".
---------
14:05
Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.
Baş verən hadisənin görüntülərini təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ağır qəzada həlak olan Zəhra bir neçə gün əvvəl də qəza edibmiş - (Video)
-
Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı
-
Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib
-
Azərbaycanda zəlzələ oldu
-
"Prius"un yük yerində adam qaçıran qardaşlar Bakıda həbs olundu
-
FHN Şahbuzda tank əleyhinə qumbaraatan mühərriki taparaq zərərsizləşdirdi - (Video)
XƏBƏR LENTİ
-
Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
-
Paytaxt nəqliyyatında kart oxuyucular sıradan çıxdı — Rəsmi qurumdan açıqlama
-
Fərhad Mehdiyev qızının ölümündən danışdı: Nasaz maşını niyə sürürsən axı?!





