Hadisə

Bakı polisi hər yerdə bu qızı axtarır - FOTO

15 May 2024 12:27
Baxış: 2 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 21 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən, 21 yaşlı Əzimova Əfsanə Comərd qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə (012) 456-03-02, (012 )590-72-03, 051-571-03-11, 055-233-22-34, 055-211-81-74 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Ə.Əzimova bundan əvvəl də dəfələrlə yaşadığı ünvanı xəbərsiz tərk edib və polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.