Hadisə

Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub

13 May 2024 21:02
Baxış: 5 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, 11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:

"İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin".

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.