Məktəb direktoru “Qobu Park”da itlərin parçaladığı azyaşlı barədə: “Yanında olmuşuq” - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:41
Ötən gün "Qobu Park"da azyaşlının itlərin hücumuna məruz qalan məktəbli Əliyev Amar Azər oğlu 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdidir.
Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən məktəbin direktoru Sona Əliyeva məlumat verib. O bildirib ki, hadisə ötən gün uşaqlar həyətdə oynayan zaman baş verib.
"Onlar dağ tərəfə gediblər və Amar sahibsiz itlərin hücumuna məruz qalıb. Uşağın anası özü də məktəbdə texniki işçi kimi çalışır" - deyə direktor qeyd edib.
Direktor onu da bildirib ki, hadisə baş verəndən sonra müəllim kollektivi ilə birgə orada olublar:
"Xəstəxanada, əməliyyata götürüləndə də yanında olmuşuq".
-------
12:48
Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin uşaq cərrahı Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, azyaşlı xəstəxanaya gətirildiyində ağır şok vəziyyətində idi:
"Verilən məlumata görə uşaq 3 it tərəfindən hücuma məruz qalıb. Vücudunun demək olar, hər yerində dişlənmiş, dəlinmiş, əzilmiş yara izləri var idi. Xəstəyə təcili yardımda beynəlxalq protokollara əsasən təcili müdaxilə edilib. Xəstə xəstəxanaya gətiriləndən sonra təcili şəkildə əməliyyata çıxarılaraq reanimasyon tədbirlər icra edilib və əməliyyata başlanılıb. Xəstəyə cərrahi olaraq bu tip yaralarda gərəkli olan, protokola əsasən cərrahi müdaxilə edilib. Xəstə əməliyyat sonrası reanimasiya şöbəmizə yerləşdirilib. Burada xəstəyə beynəlxalq protokollara uyğun formada nə lazımdırsa, edilir".
"Hazırda xəstənin vəziyyəti ağırdır və palataya nə zaman köçürülməsi və ya yenidən əməliyyat olunması bağlı öncədən proqnoz vermək hələ tezdir", - deyə həkim qeyd edib.
---------
11:15
Qaradağda ötən gün itlərin hücumuna məruz qalan uşağın vəziyyəti açıqlanıb.
TƏBİB-dənMilli.Az-a verilən məlumata görə ötən gün saat 17:37 radələrində "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) uşaq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
-------------
11:06
Daxili İşlər Nazirliyi ötən gün "Qobu Park"da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.
Milli.Az xəbər verir ki, qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:
"Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz it 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək".
--------
09:53
Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.
"Qobu Park"da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Dənizdə batan tələbələrin fotosu
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
XƏBƏR LENTİ
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)





