Hadisə

Kamil Zeynallının vəkili danışdı

21 Fevral 2024 12:05
Baxış: 2 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın sorğusu əsasında saxlanılıb. 

Milli.Az bildirir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib.

Onun sözlərinə görə, Kamil Zeynallı Domodedovo polis bölməsinə aparılıb.

Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu desə də, onun konkret hansı maddələr üzrə ittiham olunduğunu açıqlamayıb.

Ələkbər Qarayev hazırda iş üzrə çalışdığını qeyd edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.