Hadisə

Azərbaycanda iş adamı qəzada öldü - FOTO

10 Yanvar 2024 14:13
Baxış: 2 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində qeydə alınıb.

1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi "Mercedes 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Sahibkarın rayonda yanacaqdoldurma məntəqəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.