Hadisə

Borcunu bu yolla ödəmək istədi, tutuldu - VİDEO

31 Oktyabr 2023 17:59
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Tovuzda bir nəfər şəxs borcunu vermək üçün qonşu kənddən oğurluq edib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Aşağı Quşçu kənd sakini Nizaməddin Tağıyev Azaflı kənd sakini Namiq Qocayevə məxsus tövlədən 26 baş qoyunu gecə saatlarında oğurlayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdrımalar zamanı məlum olub ki, şübhəli şəxs oğurladığı qoyunları qonşusunun həyətində saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.