Hadisə

Gəncədə evə İLDIRIM DÜŞDÜ

24 Sentyabr 2023 19:57
Baxış: 1 478

Gəncədə evə ildırım düşüb, yanğın baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics