İnsanları aldadan şəxs Almaniyadan Azərbaycana təslim edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizəningücləndirilməsi, mülkiyyətin qorunması, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür.
Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik tərəfindən ikitərəfli müqavilələr və çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə müxtəlif ölkələrlə səmərəli əməkdaşlıq edilir.
Xarici tərəfdaşlarla sıx işgüzar əlaqələrin qurulması, o cümlədən nazirliyin Avropa Şurası Cinayət məsələlərində əməkdaşlığa dair Ekspertlər Komitəsinin rəhbərliyində təmsil olunması, xüsusilə ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılması bu sahədə fəaliyyətə müsbət təsir edir.
Ötən aylarda dələduzluq əməlləri ilə vətəndaşlara xeyli ziyan vurmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israf etmə, narkotik vasitələrin satışı və digər cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən bu günlərdə isə insanlara külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Almaniyadan ölkəmizə təslim edilməsi təmin olunub.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir. Belə ki, kibercinayət və oğurluq əməlləri törədən şəxslərin ekstradisiyasına dair Böyük Britaniya və Polşa ilə mürəkkəb beynəlxalq prosedurlara riayət olunmaqla razılıq əldə edilib və onların yaxın zamanda ölkəmizə gətirilməsi gözlənilir.
Cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipinin təmin edilməsi cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısını alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
XƏBƏR LENTİ
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)





