Hadisə

Həbsdən çıxan polkovnik yenidən məhkəməyə verildi - Azərbaycanda

31 Avqust 2023 19:30
Baxış: 2 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin keçmiş polkovniki Elnur Məmmədov yenidən məhkəməyə verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev E.Məmmədova Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə iş açılması ilə bağlı xüsusi ittiham qaydasında müraciət edib.

Şikayətə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq. İş məhkəməyə bu gün daxil olub və hələlik məhkəmə iclasının vaxtı təyin edilməyib.

Qeyd edək ki, Elnur Məmmədov ötən ay "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovla birgə həbs edilmişdi. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) təqsirli bilinərək məhkəmə qərarı ilə hər birinə 1 ay həbs cəzası verilmişdi. Bir neçə gün əvvəl isə hər iki şəxs həbsdən azadlığa çıxıblar.

Onu da qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.