Bir bakal pivəyə görə 10 sutkalıq həbs - Bakıdakı davanın TƏFƏRRÜATI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Nizami rayonunda kafedə dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində olan "Babək-44" adlı kafedə baş verib.
Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Pərviz kafedə dava salıb, orada işləyən xanım ofisiantı söyüb, təhqir edib.
İş üzrə izahat verən Pərvizin sözlərinə görə, bu ilin avqustun 6-da, axşam saatlarında sərxoş vəziyyətdə "Babək-44" adlı kafeyə gəlib və bir bakal pivə sifariş verib:
"Ofisiant xanım mənə pivə vermədiyi üçün aramızda mübahisə yarandı. Spirtli içkinin təsiri altında olduğum üçün ofisiant xanımla mübahisə etdim və onu təhqir etdim".
Təqsirli bilinən şəxsin sözlərinə görə, avqustun 7-də, saat 22:00-da yenidən sərxoş vəziyyətdə həmin kafeyə gəlib və orada səs-küy salaraq mübahisə edib.
O, əməlindən peşman olduğunu, üzr istədiyini deyib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən qadın qeyd edib ki, "Babək-44" adlı kafedə ofisiant işləyir:
"Pərviz mütəmadi olaraq kafeyə gəlib pivə sifariş verib. Pivəni içdikdən sonra pulunu ödəmədən çıxıb gedib. Avqustun 6-da, axşam saatlarında Pərviz sərxoş halda kafeyə gəldi. Yenidən pivə sifariş verən zaman ona pivə verməyəcəyimi bildirdim.
Bundan sonra Pərviz ünvanıma təhqiramiz ifadələr səsləndirdi, ardınca da masanın üzərində olan pivə bakalını yerə vuraraq sındırdı. Orada olan müştərilər Pərvizi sakitləşdirdilər, kafedən çıxartmaq istədikləri zaman əli ilə qapının şüşəsinə zərbə vuraraq şüşəni sındırdı. Bununla da özünə xəsarət yetirdi. Avqustun 7-də Pərviz yenidən sərxoş vəziyyətdə kafeyə gəldi. Orada səs-küy salaraq, məni nalayiq sözlərlə təhqir etdi".
Nizami Rayon Məhkəməsinin qərarı ilə Pərviz 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)





