"Air Astana" aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
"Airbus A321" təyyarəsi yerli vaxtı ilə saat 21:20-də Bakı hava limanına eniş edib.
Milli.Az