Hadisə

Bakı bulvarında intihar edən şəxs müəllim imiş - FOTO

27 Mart 2023 10:18
Baxış: 3 921
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edən şəxsin müəllim olması üzə çıxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, estakadadan özünü dənizə ataraq həyatına son qoyan Lənkəran rayon sakini 50 yaşlı Rəhimov Rasim Həsən oğlu coğrafiya müəllimi olub. O, xeyli vaxt Lənkəranda pedaqoji fəaliyyət göstərdikdən sonra paytaxta köçərək hazırlıq kursunda çalışırmış.

İlkin ehtimala görə, R.Rəhimov ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.