Hadisə

12 və 14 yaşlı qızlar ərəb turistin pulunu oğurladı

14 Fevral 2023 19:31
Baxış: 1 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ərəb turistin cibindən pul oğurlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırma zamanı pulu oğurlayan şəxslərin yeniyetmə qızlar olması müəyyən edilib. Belə ki, Səbail RP 39-cu Polis Bölməsinə fevralın 13-ü saat 14 radələrində Bülbül prospekti 18A-nın qaşısında Səudiyyə Ərəbistanından olan turist Alrashidi Bader Yousefin cibindən 1000 dollar oğurlanması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Yevlax rayon sakini olan 12 və 14 yaşlı iki qız tərəfindən törədilməsi müəyyənləşdirilib.

Hər iki qız polis tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.