Hadisə

Bakıda "Prius" qəzasında həlak olan şəxs tanınmış kosmetoloq imiş - Ər-arvad... - FOTO

19 Sentyabr 2022 16:52
Baxış: 5 575

Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınan dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyən olunub.

Milli.Az xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, hadisə zamanı dünyasını dəyişən gənc qadın kosmetoloq Məmmədova Mahirə Mahir qızıdır. Klinikanın direktoru Natavan Babayevanın verdiyi məlumata görə, vəfat edən xanım onun işçisi olub. 

Mahirə Məmmədova paytaxtın estetik klinikalarının birində çalışırmış və qəza baş verən gün də işə getdiyi ehtimal olunur. 

Avtomobili idarə edən şəxs gənc xanımın həyat yoldaşı Nəbiyev Anar Eldar oğludur. 

Cütlüyün azyaşlı iki övladı qalıb.

Qeyd edək ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən "Toyota Prius" markalı avtomobil su daşıyan "KamAZ"a çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini hadisə yerində keçinib.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics