Hadisə

Sel zamanı 2 nəfər xəsarət alıb

8 Avqust 2022 07:55
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.

Milli.Az "report"a istinadən bildirir ki, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.

Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.

Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir, Gəncədə və ətraf rayonlara dolu düşüb, ildırım çaxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.