Hadisə

Suqovuşanda yanğın olub - VİDEO

5 Avqust 2022 09:46
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.

Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.