Hadisə

Ağdamda sel avtomobili aparıb

25 İyun 2022 16:37
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan çaydan keçmək istəyən "VAZ" 2107 markalı avtomobili aparıb.

Trend-in yerli bürosu xəbər verir ki, hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.