Hadisə

Bakıda dayədən DƏHŞƏTLİ HƏRƏKƏT: uşağa şprislə işgəncə verdi - VİDEO

2 Fevral 2022 12:38
2 Şərh     Baxış: 3 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülərin paytaxtın  Yasamal rayonunda qeydə alındığı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, azyaşlının anası məsələ ilə bağlı ərazi üzrə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, azyaşlının valideyninin şikayəti əsasında hazırda araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".

Qeyd edək ki, dayənin üçyaşlı uşağa şprislə işgəncə verməsini əks etdirən görüntülər evdə quraşdırılan müşahidə kamerasına düşüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.