Hadisə

Avtomobil kanala aşıb, 2 nəfər ölüb - VİDEO - FOTO

6 Dekabr 2021 07:31
0 Şərh     Baxış: 2 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:31

Sabirabadda avtomobil kanala düşüb

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu idarə etdi "QAZ-31" markalı 54 BM 990 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Sabir adına kanala aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğlu suda boğularaq ölüblər. Meyitləri sudan çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad YMX-nın xüsusi riskli xilasetmə qüvvələri cəlb edilib. Meyitlər sudan çıxarılaraq müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya mərkəzinə yerləşdirlib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

---------

02:55

Sabirabadda yoldan çıxaraq suya düşmüş avtomobil çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "QAZ-31" markalı minik avtomobili xüsusi texnikanın köməyi ilə Sabir kanalından çıxarılıb.

---------

02:30

Sabirabadda avtomobilin kanala düşməsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunlar rayonun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğludur.

----------

01:35

Avtomobilin kanala düşməsi ölümlə nəticələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.

"QAZ-31" markalı avtomobilin kanala aşması nəticəsində avtomobildə olan 2 nəfər ölüb. Hazırda avtomobilin sudan çıxarılaması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.