Bakını bir-birinə qatan sürücü tutuldu: Narkotik qəbul edibmiş - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda avtomobil qarət etməkdə şübhəli bilinən şəxs saxlanıb. Həmin şəxs ifadəsində nəqliyyat vasitəsindən külli miqdarda pul oğurladığını etiraf edib. Polis bundan başqa iki gün əvvəl iki minik maşınını əzib qaçan sürücünü də saxlayıb. Onun başqa cinayətləri də üzə çıxıb.
Yasamal rayonunda avtomobilin salonundan 10 min manatdan artıq pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 26-cı Polis Bölməsinə müraciət edən vətəndaşın dediyinə görə, İsmayıl Bəy Qutqaşınlı küçəsində park etdiyi avtomobilinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs oradan oğurluq edib. Zərərçəkən maşından içərisində 10 min 530 manat olan çantanın və 200 manat dəyərində mobil telefonun oğurlandığını iddia edib
Keçirilmiş əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanıb. O, ifadəsində qeyd edilən avtomobildən oğurluq etdiyini etiraf edib.
Oğurladığı pulun bir qismi onun yaşadığı ünvandan aşkar edilərək götürülüb. Məmmədəli Abbasovun oğurluq etməsi və hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktla bağlı cinayət işi başlanıb.
Bu arada iki gün əvvəl paytaxtda bir neçə avtomobilə ziyan vurmaqda şübhəli bilinən sürücü də yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 1-i saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Xanmirzəyev idarə etdiyi ''VAZ-2107'' markalı avtomobillə iki minik maşınını vurub qaçmaq istəyərkən 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.
Həmin şəxsin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Ətrafında aparılan tədbirlərlə onun noyabrın 28-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da üzə çıxıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
XƏBƏR LENTİ
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Video/Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi





