Antalyada çilingərin köməyi ilə daxil olduqları evdən noutbuk, telefon və 5 min TL oğurlayan qadın oğrular təhlükəsizlik kamerasına düşüb.
Milli.Az türk mediasına istinadən xəbər verir ki, dekolteli oğrular qısa zaman ərzində polislər tərəfindən yaxalanıblar. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis iki qadın oğrunu dərhal yaxınlıqda ələ keçirib. Maraqlıdır ki, oğrular evdən Şotland pişiyini də özləri ilə aparıblar.
Anar Milli
Milli.Az