Günün qoroskopu: şəxsi xarakterli problemlər istisna deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.
Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər.
Buğa - Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.
Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər.
Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq. Tənqidə, onlar o qədər də nəzakətlə deyilməsə belə, sakit yanaşmaq lazımdır. Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.
Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur.
Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.
Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir.
Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.
Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz.
Qız - Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.
İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın - sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq.
Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.
Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır.
Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.
Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil.
Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, "bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.
Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür.
Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.
İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək.
Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.
Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür.
Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.
Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Noyabrda yalnız 4 BÜRC daha çox sevgi alacaq
-
5 bürcə göydən pul yağacaq
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
XƏBƏR LENTİ
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
-
45 yaşlı kişinin boyun damarı kəsildi - Vəziyyəti ağırdır
-
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
-
Ordubadda ər-arvad eyni gündə vəfat etdilər
-
BDU-nun prorektoru vəzifəsindən azad edildi - (Foto)
-
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə “Eternity-2026” təlimi başa çatıb - (Foto)
-
Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)
-
Ləfxanımın atası, Xocalı soyqırımının şahidi Xocalıda dəfn olundu - (Foto)
-
Metroda problem yarandı, qatarlar yubandı
-
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edilib - (Foto)
-
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
-
Naftalanda 3 məktəblini maşın vurub
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)





