Ən uğursuz 3 bürc - Onların şansı gətirmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astroloqlar uzun illərdir ki, bürclərin insanların həyatına təsiri ilə bağlı araşdırmalar aparırlar. Bəzi bürclər uğur və şansla tanınsa da, digərləri daha çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Son araşdırmalara görə, xüsusilə üç bürc uğursuzluğu ilə seçilir. Onlar haraya ayaq bassalar, orada sanki ot bitmir. Bəs bu bürclər hansılardır və uğursuzluqlarının səbəbi nədir?
Milli.Az ən uğursuz 3 bürcü təqdim edir:
Qoç
Qoç bürcü adətən lider ruhlu, enerjili və cəsarətli insanlar kimi tanınır. Lakin onların əsas problemi tələsik qərarlar vermələri və nəticələri düşünmədən hərəkət etmələridir. Astroloqlar bildirir ki, qoçlar emosiyalarına qapılaraq, ani reaksiyalar göstərir və bu da onlara tez-tez problemlər yaşadır. Qoç bürcləri bəzən öz güclərinə həddindən artıq inanırlar və hər şeyi özləri həll etməyə çalışırlar. Onlar başqalarından kömək istəməyi zəiflik kimi qəbul edirlər. Bu səbəbdən, ətrafdakı insanların dəstəyindən məhrum qalırlar və uğursuzluqlarla təkbaşına mübarizə aparmalı olurlar. Bundan əlavə qoçlar çox rəqabətçi və aqressiv xarakterə malikdirlər. Bu xüsusiyyətləri onlara bəzi hallarda üstünlük qazandırsa da, çox vaxt insanlarla münasibətlərinin pozulmasına səbəb olur. Xüsusilə iş həyatında onların sərt davranışları rəhbərlik və iş yoldaşları ilə problemlərə gətirib çıxarır.
Oxatan
Oxatan bürcündən olan insanlar azad ruhlu, macərapərəst və yenilikçi olurlar. Lakin onların bu xüsusiyyətləri bəzən həyatlarında ciddi problemlərə səbəb olur. Astroloqlar hesab edirlər ki, oxatanlar çox vaxt reallıq hissini itirir və çox böyük risklərə gedirlər. Onlar həyatda hər şeyi tez əldə etmək istəyirlər və səbirsiz olduqlarına görə planlarını tam düşünmədən həyata keçirməyə çalışırlar. Bu səbəbdən, bir çox oxatanlar maddi çətinliklərlə üzləşir, iş həyatlarında uğursuzluqlarla rastlaşır və münasibətlərində problemlər yaşayırlar. Bundan başqa xatanlar çox sərbəst və öz bildikləri kimi davranmağı sevirlər. Onlar üçün qaydalar və məhdudiyyətlər adətən heç bir əhəmiyyət kəsb etmir. Lakin bu, onların ətrafdakı insanlarla münasibətlərinə mənfi təsir göstərir. Bəzi oxatanlar məsuliyyətsiz davrandıqları üçün yaxın dostlarını və hətta ailə üzvlərini belə itirə bilirlər. Astroloqlar oxatanlara daha ölçülü-biçili addımlar atmağı, riskləri əvvəlcədən hesablamalarını və səbrli olmağı tövsiyə edirlər.
Buğa
Buğa bürcü adətən sabit və etibarlı insanlar kimi tanınır. Onlar rahatlığı və maddi güvənliyi sevirlər. Lakin məhz bu rahatlıq istəyi onların uğursuzluqlarının əsas səbəbidir. Astroloqlar bildirir ki, Buğalar bəzən lazımi anda risk etməkdən çəkinirlər və fürsətləri əldən verirlər. Buğalar çox inadkar və dəyişikliklərə qarşı müqavimət göstərən insanlardır. Onlar bir dəfə verdikləri qərardan geri çəkilmək istəmirlər. Bu inadkarlıq iş həyatında və şəxsi münasibətlərdə problemlərə gətirib çıxarır. Bundan başqa, Buğalar çox vaxt insanlara həddindən artıq güvənirlər. Onlar düşünürlər ki, hər kəs özləri kimi sadiq və dürüstdür. Lakin bu, onları tez-tez məyus edir. Astroloqlar bildirirlər ki, buğalar daha diqqətli olmalı, insanları yaxşı tanımadan onlara tam etibar etməməlidirlər./yenisabah.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq





